Telefon
WhatsApp
MI6-nın rəhbəri ilk dəfə qadın olub
300 X 250 Reklam Alanı

Britaniyanın xüsusi xidmət orqanlarının əməkdaşı Bleyz Metreveli MI-6 xarici kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə başlayıb və bu postda çalışan ilk qadın olub.

O, məxfi xidmətə beş il rəhbərlik etmiş Riçard Murdan sonra oktyabrın 1-dən vəzifəsinin icrasına başlayıb.

Qırx səkkiz yaşlı Metreveli 1909-cu ildən fəaliyyət göstərən MI6-nın tarixində ən gənc rəhbərdir. O, agentlikdə 1999-cu ildə işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib. Qəzet əlavə edib ki, o, ərəb dilini mükəmməl bilir və uşaqlıqda Səudiyyə Ərəbistanında yaşayıb.

Qəzetin mənbələrinə görə, MI6-nın yeni rəhbəri əsas diqqətini Yaxın Şərqdə Britaniya təsirinin bərpasına yönəldəcək. "O, ilk növbədə buna diqqət yetirəcək. Böyük Britaniyanın (Qəzza zolağındakı) vəziyyətə təsir edə biləcəyini görmək çox maraqlı olacaq. Biz özümüzü İsrail və Qəzza arasındakı münaqişənin kənarında tapdıq", - qəzetin mənbəsi bildirib.

"The Times" həmçinin qeyd edib ki, MI6-nın yeni rəhbəri Rusiya işlərindən yaxşı baş çıxarır. Bundan başqa, əvvəllər MI6-nın texnologiya departamentinə rəhbərlik etmiş Metreveli sosial mediadan istifadə ilə kəşfiyyat idarəsini daha açıq və şəffaf etmək niyyətindədir.

Metreveli MI6-nın 18-ci rəhbəri olub. Onun təyinatı Britaniya hökumətinin saytında iyunun 15-də elan edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150