"Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor" - TƏKZİB
"Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor" - TƏKZİB
22.05.2025-ci il tarixində yayımlanan "Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor" sərlövhəli məqalədə qeyd edilən məktəb-liseyin guya “bir qrup müəllimi” tərəfindən rəhbərlik haqqında səsləndirilən iddialarla bağlı məlumat əsassız və həqiqətə uyğun olmaması səbəbindən bir qrup xəbər portalarından dərhal silinməsi təmin edilmişdir.
Qeyd olunan materialda təqdim olunan iddialar – məktəb rəhbərliyinin guya “özbaşınalıqları”, “təzyiqləri” və ya “qanunsuz fəaliyyəti” ilə bağlı bildirilənlər heç bir hüquqi və faktiki əsas daşımır. Bu cür informasiyalar dezinformasiya xarakteri daşıyır və təhsil müəssisəsinin nüfuzuna ciddi zərər vurmağa yönəlmiş məqsədli olqn şəxsin təxəyülündən ibarətdir.
Bildirmək istəyirik ki, məktəb-liseyin pedaqoji kollektivi arasında qarşılıqlı hörmət, şəffaflıq və peşəkarlıq prinsipləri əsas götürülür. İdarəetmədə bütün qərarlar Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qanunvericiliyinə uyğun olaraq qəbul edilir.
Həmçinin, xəbərdə istinad edilən “bir qrup müəllim” ifadəsi qeyri-müəyyəndir və heç bir konkret fakt, ad və sübutla əsaslandırılmayıb. Bu isə yayılan məlumatın qərəzli olmasından xəbər verir. Xəbər portalına məlumatı verən şəxsin məktəb rəhbərinə qarşı şəxsi aqresiyasının olması bu minvalla media resurslarını öz məqsədinə alət etdiyi aparılan araşdırmamızda məlum olub. Məhs bu cür insanların qərəzli verdiyi məlumarın bir daha araşdırmadan dərc edilməməsi üçün müvafiq tədbirlərin media resurslarında tətbiq edilməsi zəruridir. Odur ki, saytımızda dərc edilən məqalənin həiqətləri əks etdirmədiyi və bu səbəbdən məktəb rəhbərliyinin işgüzqr nüfuzuna vurulmuş zərərə görə üzr istəyirik.
Oxşar -Yeniinfo.az
Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
Şuşada ilk dəfə "Son Zəng" tədbiri keçirilib
Məktəblərdə dərsliklərin təhvil alınmasına başlanılıb.
Fond Qarabağ Universitetinin 50 tələbəsinə hər ay 200 manat təqaüd verəcək.
Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir
"Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor" - TƏKZİB
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirilir.