Nazir: “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması hazırlanacaq
Nazir: “Transxəzər Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması hazırlanacaq
“Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına yaxın vaxtlarda başlanılacaq.
Bu barədə energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırması hazırlanacaq.
Onun sözlərinə görə, “Transxəzər Yaşıl Enerji Dəhlizi” Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə birləşdirən Orta Dəhlizin “yaşıl körpü” qismində inkişafına geniş imkanlar açacaq. Layihə region ölkələrinin elektrik enerjisi sistemlərini tarixdə ilk dəfə birləşdirəcək və qitələrarası enerji, rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirəcək.
Nazir həmçinin “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə də məlumat verib. O vurğulayıb ki, bu dəhlizlərin “Transxəzər Yaşıl Enerji Dəhlizi” ilə inteqrasiyası regionun böyük bərpa olunan enerji potensialının Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq.







Oxşar -Yeniinfo.az
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək