Telefon
WhatsApp
Norveçdə təlim zamanı 5 əsgər itkin düşüb
300 X 250 Reklam Alanı

Norveç Rusiya ilə həmsərhəd olan Finnmark şəhərində təlim zamanı itkin düşən 5 əsgərini axtarır.

Bu barədə "TV2" telekanalı polisə istinadən xəbər yayıb.

Nəşr qeyd edib ki, Finmarkın hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirlərinə başlayıb. Əvvəlcə 10 əsgər itkin düşsə də, onlardan beşi sağ tapılıb.

Polisin sözçüsü Yorgen Houkland Hansenin sözlərinə görə, tapılan beş nəfərdən üçü razılaşdırılmış görüş nöqtəsinə çatıb, daha ikisi isə helikopterlə tapılıb. Qalan əsgərlərin axtarışı davam edir, dronlar və təlim görmüş itlərdən istifadə olunur.

Polis itkin düşmüş əsgərlərin görüş yerini səhv salmış ola biləcəyinə inanır. Digər ehtimal bədbəxt hadisədir.

Bildirilir ki, təlim uzun müddət aşkarlanmamaq bacarığını tətbiq etmək məqsədi daşıyırdı.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150