Noyabrın 1-də gözlənilən hava şəraiti
Noyabrın 1-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15°, gündüz 19-22° dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 19-24° dərəcə isti, dağlarda gecə 0-4° dərəcə şaxta, gündüz 5-9° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Noyabrın 4-də gözlənilən hava şəraiti
Noyabrın 3-də gözlənilən hava şəraiti
Noyabrın 2-də gözlənilən hava şəraiti
Noyabrın 1-də gözlənilən hava şəraiti
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Oktyabrın 28-də gözlənilən hava şəraiti