Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib
Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Metbuat.az xəbər verir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL