"Qaçqınkom"un balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olunub
"Qaçqınkom"un balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olunub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") kollegiya iclasında qurumun balansındakı qəsəbələrdə payız-qış mövsümünə hazırlıq müzakirə olunub.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yığıncaqda Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və gedişi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, "Qaçqınkom"un Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlıq və digər məsələlər müzakirəyə çıxarılıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.
Sonda kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL