“Qarabağ Futbol Klubu” zərərini 2 dəfə azaldıb.
“Qarabağ Futbol Klubu” zərərini 2 dəfə azaldıb
“Qarabağ Futbol Klubu” MMC 2024-cü ili 877 min manat zərərlə başa vurub.
Bu, 2023-cü illə müqayisədə 50,8 % və yaxud təxminən 2 dəfə azdır.
Ötən il “Qarabağ Futbol Klubu”nun əməliyyat gəlirləri 34,754 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 35,613 milyon manat (11,5 % çox), maliyyə xərcləri isə 18 min manat (37,8 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Qarabağ Futbol Klubu”nun akitvləri 47,027 milyon manat olub ki, bu da illik müqayisədə 62 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 2,7 dəfə artaraq 31,109 milyon manata çatıb, balans kapitalı isə 8,4 % azalaraq 15,919 milyon manata düşüb.
Xatırladaq ki, “Qarabağ Futbol Klubu” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 8,615 milyon manatdır.
Oxşar -Yeniinfo.az
UEFA "Qarabağ"a ödəniş edib
Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Xorvatiyaya uduzub
Azərbaycanın tennis millisi “Davis Cup”da pley-offa yüksəlib
"Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib
Azərbaycanın basketbol millisi Belarusa yollanıb
Azərbaycanın U-17 millisi Gürcüstanla bərabərə qalıb
Bakı Ali Neft Məktəbinin müəllimi Pyotr Kuvşınov üzgüçülük üzrə 3-cü yeri tutdu.