Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
"Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir".
Bunu Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzəqaliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda bildirib.
“Qazaxıstan ABŞ ilə uzunmüddətli və dayanıqlı tərəfdaşlığa doğru əməli addımlar atmağa hazırdır. Avrasiya regionunda logistika və nəqliyyat şəbəkələrinin inkişafı strateji əhəmiyyət daşıyır və biz bu sahədə bütün imkanlardan səmərəli istifadə etmək niyyətindəyik. Bunla bağlı ABŞ şirkətləri ilə sıx əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istəyirik”, - deyə Maqzum Mirzəqaliyev qeyd edib.
Qazaxıstan Prezidentinin müşaviri deyib ki, Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir: “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” bu əməkdaşlıq üçün yeni imkanlar açır. 2029-cu ilə qədər 5000 km yeni dəmir yolu xətləri çəkilməsini, mövcud infrastrukturun modernləşdirilməsini və ağıllı logistika həllərinin tətbiqini planlaşdırırıq. Biz tərəfdaşlarımızın bu təşəbbüslərə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Dünən ABŞ-la ilin sonunda imzalanacaq sazişlərin ilkin razılaşmasına nail olduq ki, bu da əməkdaşlığımızda yeni mərhələ deməkdir. Orta Dəhlizin inkişafı yalnız logistik imkanlarımızı genişləndirmir, həm də enerji təhlükəsizliyimizi möhkəmləndirir və ölkəmiz üçün yeni ixrac bazarlarının açılmasına şərait yaradır”.







Oxşar -Yeniinfo.az
İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb
XİN başçısı: Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı