Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər
Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər
Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji və tikinti sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.
"Yeniinfo" bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyinə istinadən xəbər verir.
Məlumata görə, səfir Alim Bayel iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirib. Görüşdə diplomat ikitərəfli ticarət dövriyyəsinin artmaqda davam etdiyini qeyd edib: "Xüsusi məmnunluq doğuran fakt ondan ibarətdir ki, 2025-ci ildə Qazaxıstan ilk dəfə olaraq Azərbaycanın əsas buğda tədarükçüsünə çevrilib və Azərbaycanın taxıl idxalının 88%-ni təmin edib".
Öz növbəsində, M.Cabbarov Qazaxıstanla iqtisadi əməkdaşlığın inkişafının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Bu kontekstdə o, bütün region üçün geoiqtisadi əhəmiyyətini kəsb edən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilişini, Qazaxıstan enerji daşıyıcılarının Azərbaycan ərazisindən tranzitini, habelə Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsi kimi iri ortaq layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.
A. Bayel azərbaycanlı naziri Qazaxıstan rəhbərliyinin Azərbaycanla sənaye kooperasiyasının inkişafına xüsusi diqqət yetirdiyi barədə məlumatlandırıb. Bu çərçivədə o, Qazaxıstanda infuziya məhlullarının birgə istehsalını təşkil etməyi təklif edib. A.Bayel, həmçinin, Azərbaycan tərəfinə Alagöl gölünün sahilində sanatoriya-kurort kompleksi inşa etməyi təklif edib. M. Cabbarov bu təşəbbüslər üzrə əməkdaşlığa hazır olduğunu bildirib. Həmsöhbətlər onların reallaşdırılması detalları barədə müzakirə aparıblar.
Tərəflər həmçinin yaşayış və sosial obyektlərin tikintisi ilə məşğul olan tikinti şirkətlərinin fəaliyyətinin daha da genişləndirilməsini müzakirə ediblər. Bir sıra Qazaxıstan şirkətlərin artıq Azərbaycanda tibb obyektləri və yaşayış binalarının tikintisinə başladığı məmnunluqla qeyd olunub. Bu istiqamətdə Qazaxıstanda əməkdaşlıq imkanları nəzərdən keçirilir.
Oxşar -Yeniinfo.az
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər
525 nömrəli marşrutda Çin istehsalı olan 10 avtobus istismara verilib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması təklifi ilk oxunuşda qəbul edilib
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub