Rusiya ordusu dronlarla Odessaya genişmiqyaslı hücum edib
Rusiya ordusu dronlarla Odessaya genişmiqyaslı hücum edib
Rusiya Odessaya dronlarla genişmiqyaslı hücum həyata keçirib
Rusiya Odessaya dronlarla genişmiqyaslı hücum həyata keçirib
24 iyul 2025 08:04 (UTC +04:00)
Rusiya Odessaya kütləvi dron hücumu həyata keçirib.
Yeni İnfo xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleg Kiper bildirib ki, hava hücumundan müdafiə vasitələrinin fəal işləməsinə baxmayaraq, mülki infrastrukturda ziyan dəyib.
“Şəhərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar,” – məlumatda belə qeyd olunub.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"