Rusiya qüvvələri Ukraynanın Xerson vilayətində avtobusa pilotsuz uçuş aparatı ilə hücum edib
Rusiya qüvvələri Ukraynanın Xerson vilayətində avtobusa pilotsuz uçuş aparatı ilə hücum edib
Rusiya qüvvələri Ukraynanın Xerson vilayətində avtobusa pilotsuz uçuş aparatı ilə hücum edib, nəticədə ən azı iki nəfər həlak olub, 16 nəfər yaralanıb.
Bu barədə “Aljazerra” agentliyi Ukrayna rəsmilərinin məlumatına əsasən bildirib.
Məlumata görə, eyni vaxt başqa bir dron da avtobusa çarpıb və nəticədə üç polis əməkdaşı yaralanıb.
Xerson vilayəti qubernatoru Oleksandr Prokudinin bildirdiyinə görə, Rusiya qüvvələri cümə və şənbə günləri ərzində vilayət boyunca yaşayış məntəqələrinə qarşı 36 digər hücum həyata keçirib, nəticədə daha bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ukraynanın Zaporojye vilayətinə edilən Rusiya hücumları şənbə səhəri Bilenkivska icmasında avtomobildə hərəkət edən iki nəfərin, Vasylivka rayonunda isə evində olan 61 yaşlı bir qadının ölümünə səbəb olub, yerli rəsmilər bildiriblər.
Dnepropetrovsk vilayətinin Nikopol şəhərində Rusiya hücumu nəticəsində 56 yaşlı bir qadın həlak olub, 62 yaşlı bir kişi yaralanıb. Donetsk vilayətində isə digər Rusiya hücumları nəticəsində dörd nəfər ölüb, doqquz nəfər yaralanıb, rəsmilərin sözlərinə görə.
***
9 avqust
Saat 12:47
Rusiya bu gün səhər saatlarında Ukraynanın Xerson bölgəsinə hücum edib.
Ukraynanın Baş naziri Yuliya Sviridenkonun sözlərinə istinadən xəbər verir ki, Xersonun şəhərətrafı ərazisində bir mikroavtobusun vurulması nəticəsində 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Sviridenko Rusiyanın məqsədyönlü şəkildə mülki vətəndaşlara hücum etdiyini vurğulayıb və bu hərəkəti terrorizm adlandırıb.







Oxşar -Yeniinfo.az
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"
ABŞ-nin hava məkanı tamamilə bağlana bilər
İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq
Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ qeydə alınıb