Telefon
WhatsApp
Rusiya şirkətləri İranda Rəşt-Astara dəmir yolu xəttini çəkəcəklər
300 X 250 Reklam Alanı

Rusiya şirkətləri İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə cəlb olunacaqlar.

 

Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin "Rossiya-1" telekanalının efirində deyib.

 

"Həmkarlar nəhayət marşrutu müəyyənləşdirməlidirlər, biz əslində torpaq sahələrinin alınması ilə bağlı işə başlamalıyıq. Tikinti ilə Rusiya şirkətləri məşğul olacaq", - deyə o vurğulayıb.

 

Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Azərbaycanla İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına çıxışı təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıb.

 

Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150