Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib
Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib
“Rusiya ölkəmizlə sərhədin 20 kilometrliyində əlavə radioelektron mübarizə vasitələri yerləşdirib”.
Yeni İnfonun “err.ee” xəbər portalına istinadən məlumatına görə, bunu Estoniyanın daxili işlər naziri İqor Taro deyib.
Onun sözlərinə görə, haqqında bəhs olunan avadanlıqlar Leninqrad vilayətinin Kinqisepp şəhəri yaxınlığında cəmləşdirilib.
Nazir əlavə edib ki, həmin qurğular Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə aktiv şəkildə istifadə olunur və onun təsirləri yalnız hərbi sfera ilə məhdudlaşmır:
“Bu növ avadanlıqlar həm aviasiyada, həm də gəmiçilikdə istifadə olunan GPS naviqasiya sistemlərinin işinə ciddi maneələr yaradır. Ölkəmiz bu fəaliyyət növünü təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirir. Bu səbəbdən də NATO-dakı tərəfdaşlarımızla müzakirələr aparılacaq”.
Oxşar -Yeniinfo.az
Gündə 7 000 addım atmaq beyin fəaliyyətini yaxşılaşdırır
Hər il 20 min insana çip taxılacaq
Çirkli hava əqli geriliyə səbəb ola bilər
Gələcəyin "Corvette" modeli nümayiş olundu
ABŞ Prezidenti:Miqrant axını dayandırılmasa, Avropa mövcudluğunu itirəcək.
Rusiyanın Saratov şəhərində yaşayış binasında baş verən partlayışın ardınca dağıntılar altından yeddi cəsəd çıxarılıb
ABŞ rəsmiləri Volodimir Zelenskiyə antikorrupsiya qurumları ilə bağlı qanunu qəbul etməməyi tövsiyə edib
Tramp Şotlandiyaya səfəri çərçivəsində ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişini müzakirə edəcək