Telefon
WhatsApp
Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi rəsmən qüvvəyə mindi
300 X 250 Reklam Alanı

Oktyabrın 2-də Rusiya və İran prezidentləri tərəfindən 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi qüvvəyə minib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.

"Sənəd ikitərəfli münasibətlərdə yeni səhifə açır və uzunmüddətli perspektivdə əməkdaşlığın bütün prioritet istiqamətləri üzrə əsas meyarları müəyyən edir: beynəlxalq arenada qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə birgə səylər, ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə.

Müqavilə Rusiya və İran xalqlarının maraqlarına cavab verən dostluq və mehriban qonşuluq münasibətlərinin hərtərəfli şəkildə daha da möhkəmləndirilməsi istiqamətində hər iki ölkə rəhbərliyinin strateji seçimini əks etdirir", - deyə bəyanatda qeyd edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150