Telefon
WhatsApp
Rusiyada son onilliyin ən güclü zəlzələlərindən biri qeydə alınıb.
300 X 250 Reklam Alanı

Rusiya Federasiyasının Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri qeydə alınıb. Təbii fəlakət yalnız regionda deyil, Yaponiya, Alyaska və Havay adalarında da sunami təhlükəsinə səbəb olub.

Yeraltı təkanlar yerli vaxtla saat 11:30-da başlayıb. Şahidlərin sözlərinə görə, həmin an mebellər tərpənib, məişət texnikası aşıb, avtomobillərin siqnalları işə düşüb.

Petropavlovsk-Kamçatskidə yerləşən 15 nömrəli uşaq bağçasında təmir zamanı divarlar çöküb. Binada uşaqlar olmayıb və fəhlələr vaxtında təxliyə olunublar.

Şəhərin uşaq poliklinikası müvəqqəti olaraq bağlanıb.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına əsasən, əsas zəlzələnin maqnitudası 8,7 olub.

Daha sonra Kamçatka sahillərində maqnitudası 5,8-ə qədər olan təkrar yeraltı təkanlar qeydə alınıb.

Yelizovo rayonunda 4 metrlik sunami dalğası müşahidə olunub.

İlk sunami dalğaları Şimalı Kuril sahillərinə də çatıb. Göz şahidlərinin dediyinə görə, dalğalar balıq emalı zavodunu yuyub aparıb, ərazidə siren səsləri eşidilib.

Saat 03:30-dan 04:40-a qədər Kamçatka sahillərində maqnitudası 5-dən yüksək olan səkkiz zəlzələ baş verib.

Saat 03:46-da Yelizovo aeroportunda altı reysin yola salınması gecikdirilib. Terminalda tavan panelləri, işıqlandırma plafonları və üzlüklər aşıb, vitrinlər tərpənib. Bir qadın xəsarət alıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı bildirib ki, 7,5 maqnitudalı güclü afterşoklar (təkrar təkanlar) ən azı bir ay davam edə bilər.

Şimalı Kuril limanından 300-ə yaxın insan təxliyə edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150