Telefon
WhatsApp
Rusiyanın Kiyevə dron hücumu nəticəsində üç nəfər həlak olub, 29 nəfər yaralanıb - YENİLƏNİB
300 X 250 Reklam Alanı

Kiyevdə gecə saatlarında Rusiya dronlarının hücumundan sonra üç nəfər həlak olub və 29 nəfər xəsarət alıb.

Bunu Ukraynanın FHN məlumat verib.

29 yaralı arasında yeddi uşaq da var. Ən böyük dağıntılar Desnyanski rayonunda qeydə alınıb: dron doqquzmərtəbəli yaşayış binasına dəyib və böyük yanğına səbəb olub.

Xilasedicilər yuxarı mərtəbələrdən 13 sakini təxliyə ediblər.

Həmin rayonda pilotsuz aparatın qalıqları 16 mərtəbəli binaya da ziyan vurub — birinci mərtəbədən doqquzuncu mərtəbəyədək pəncərələr sınıb. Obolon rayonunda isə dron yaşayış binasına düşüb, lakin yanğın baş verməyib.

 

***

07:57

Oktyabrın 26-na keçən gecə Rusiya ordusu Kiyevə kütləvi dron hücumu həyata keçirib.

 "RBK Ukraine" saytına istinadən xəbər verir ki, hücum nəticəsində paytaxtda yanğın baş verib, ümumilikdə 26 nəfər xəsarət alıb, onların arasında altı uşaq var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, saat 02:23 radələrində Kiyev istiqamətinə bir qrup “Şahed” tipli kamikadze dronu hərəkət edib. Bir neçə dəqiqə sonra şəhərdə hava həyəcanı elan olunub.

Zərbələr əsasən Desnyanski və Obolonski rayonlarına dəyib. Hadisə yerinə xilasedicilər və tibb briqadaları cəlb olunub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150