Telefon
WhatsApp
Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
300 X 250 Reklam Alanı

 

İyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

 

Bu barədə “RBK-Ukrayna” ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

 

Məlumata görə, ölənlərdən üçü uşaqdır.

 

22:20

Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb

 

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

 

Onun sözlərinə görə, hücumlar nəticəsində 145 nəfər xəsarət alıb, onlardan 14-ü uşaqdır.

***

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

 

Bu barədə “Telegram”-da paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

 

Ölənlərin 1-i uşaqdır.

 

saat 16.10

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində yaralananların sayı 135 nəfərə çatıb, onların arasında 12 azyaşlının olduğu açıqlanıb.

 

Hazırda 30 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

 

Həmin zərərçəkənlərdən 5-i uşaqdır.

 

97 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

 

14:43

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində həlak olanların sayı artıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko rusların hücumu nəticəsində 124 nəfərin yaralandığını, 8 nəfərin həlak olduğunu açıqlayıb.

 

Ölənlərdən 1-i, yaralananlardan isə 10-u uşaqdır.

 

“Yaralılara lazımi yardım göstərilir. Xilasetmə əməliyyatı davam edir", - deyə Tkaçenko bildirib.

 

11.41

Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.

Bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

 

O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.

 

Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.

 

Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.

 

10:02

Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə ölən və yaralananların sayı artıb.

 

Hücum zamanı yaşayış binaları hədəfə alınıb, 6 mülki şəxs ölüb, 50 nəfərdən çoxu isə yaralanıb.

 

Ölənlərdən 1-i, yarlananlardan isə 9-u azyaşlıdır.

 

08:05

Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb, 43 nəfər isə xəsarət alıb ki, onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib.

 

Bunu Kiyevin meri Vitali Kliçko bildirib.

 

Kliçko xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.

 

07:14

Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub.

Bununla bağlı məlumatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələri yayıb.

 

Məlumata görə Ukraynanın müxtəlif bölgələrində Rusiya ordusuna məxsus pilotsuz təyyarələr qeydə alınır.

Paytaxt Kiyevdə PUA hücumu nəticəsində artıq 8 nəfərin yaralandığı bildirilir ki, onlardan da ikisi uşaqdır. Bunu Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko bildirib.

 

Bundan başqa Kiyevin Solomenski, Svyatoşinski, Svyatoşinski rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150