Telefon
WhatsApp
Sakit Okeanda güclü zəlzələ nəticəsində Havayın sahilyanı bölgələrindən insanların təxliyəsi elan edilib
300 X 250 Reklam Alanı

Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən Havay adalarının sakinləri üçün sunami xəbərdarlığı edilib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

 

Tramp Alyaska və ABŞ-ın Sakit okean sahilləri üçün də sunami xəbərdarlığının qüvvədə olduğunu qeyd edib, bununla yanaşı, Yaponiyanın da təhlükə altında olduğunu vurğulayıb.

 

ABŞ Sunami Xəbərdarlıq Mərkəzi isə xəbərdarlıq edib ki, Sakit Okeanda baş verən güclü zəlzələ səbəbindən hündürlüyü 3 metrdən yuxarı olan sunami dalğaları hətta Cənubi Amerikaya, Ekvador və Çili sahillərinə çata bilər.

 

Qeyd olunur ki, Yaponiya və Havayda səlahiyyətli qurumlar insanların sahilyanı bölgələrdən yüksəklikdə yerləşən ərazilərə təcili təxliyə edilməsinin vacibliyini elan edib.

 

Xüsusilə, 2011-ci ilin martında baş vermiş dağıdıcı sunami zamanı ciddi zədələnmiş Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasının şəxsi heyəti təxliyə edilib.

 

Qeyd edək ki, Rusiyanın Kamçatka sahillərində güclü 8,7 maqnitudalı zəlzələ baş verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150