Telefon
WhatsApp
Şarj oluna bilən hibrid avtomobillər havanı əvvəl düşünüləndən daha az çirkləndirir - ARAŞDIRMA
300 X 250 Reklam Alanı

Yeni bir araşdırmaya əsasən, şarj olunan hibrid avtomobillər əslində ekoloji cəhətdən daha az təmizdir.

Bu barədə Gizmodo.com-a istinadən xəbər verir.

"Transport & Environment" təşkilatı 2021-2023-cü illər arasında Avropada qeydiyyatdan keçmiş yüzminlərlə avtomobili tədqiq edib və aşkar edib ki, belə maşınlar adi benzinlə və dizellə işləyən avtomobillərdən cəmi 19% az karbon qazı buraxır.

Əvvəllər Avropa İttifaqı hibridmühərrikli avtomobillərin tullantıları 75% azaltdığını iddia edirdi.

Tədqiqatçı Yohann Qimberin sözlərinə görə, Avropada bir çox sürücü hibrid avtomobillərini nadir hallarda şarj edir və daha tez-tez benzin mühərrikindən istifadə edirlər.

Nəticədə real məlumatlar göstərir ki, elektrik mühərriki yalnız hərəkət vaxtının 27%-i ərzində işlədilir, halbuki rəsmi qiymətləndirmələr bu rəqəmi 84% kimi göstərirdi.

Hətta tam "elektrik" rejimində belə, hibridlə işləyən avtomobillər sürətin artırılması və ya yoxuşla hərəkət zamanı benzin mühərrikindən qismən istifadə etməyə davam edir. Bu, bir kilometrə 68 qram karbon tullantısı ilə nəticələnir ki, bu da rəsmi göstəricilərdən doqquz dəfə çoxdur.

Alimlərin fikrincə, hesablamalardakı bu cür xətalar "Volkswagen", BMW və "Mercedes-Benz" də daxil olmaqla avtomobil istehsalçılarının təxminən beş milyard avro cərimədən yayınmasına şərait yaradıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150