Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 30-35°, dağlarda gecə 12-17°, gündüz 18-23° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Noyabrın 4-də gözlənilən hava şəraiti
Noyabrın 3-də gözlənilən hava şəraiti
Noyabrın 2-də gözlənilən hava şəraiti
Noyabrın 1-də gözlənilən hava şəraiti
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Oktyabrın 28-də gözlənilən hava şəraiti