Telefon
WhatsApp
Şimali Koreya Cənubi Koreya ilə bağlı niyyətini açıqladı
300 X 250 Reklam Alanı

"Koreya Xalq Demokratik Respublikası (KXDR) öz konstitusiyasında respublikanın Cənubi Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olmadığı müddəasını təsbit edəcək".

 

 Koreyanın Pxenyan Mərkəzi Xəbər Agentliyinə istinadən xəbərinə görə, bu barədə Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat şöbəsinin müdir müavini, Kim Çen Inın bacısı Kim Yo Çjon məlumat verib.

 

O vurğulayıb ki, Pxenyanın ABŞ-nin sadiq xidmətçisi və müttəfiqi olan Seul ilə münasibətləri yaxşılaşdırmaq kimi bir istəyi yoxdur. Bu ardıcıl mövqe gələcəkdə ölkə konstitusiyasında da öz əksini tapacaq. Kim Yo Çjon Cənubi Koreyanı KXDR-in təhlükəsizliyinə daimi təhdid yaradan "təhlükəli və mənfur ölkə" adlandırıb.

 

O qeyd edib ki, Şimali Koreyanın "dünyada ən düşmən ölkə" anlayışının dəyişəcəyinə ümid etmək səhrada çiçəklər açacağına ümid etmək kimi şeydir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150