Smartfonların qutuları boşalır: Daha bir aksesuar komplektdən çıxarılır
Smartfonların qutuları boşalır: Daha bir aksesuar komplektdən çıxarılır
Smartfon istehsalçıları cihazları artıq bütün komplekt aksesuarlardan məhrum etməyə hazırlaşırlar.
Bu barədə "Android Authority" nəşrinə istinadla xəbər verir.
Bildirilir ki, bu tendensiya 2020-ci ildə "Apple"ın "iPhone" modellərinin qutusundan şarj adapterini çıxarması ilə başlayıb. Daha sonra demək olar ki, bütün böyük istehsalçılar eyni addımı atıblar.
Mütəxəssislərin proqnozlarına görə, yaxın gələcəkdə smartfonların komplektindən şarj kabeli də çıxarıla bilər. Bu addımı ilk reallaşdıran şirkətlərdən biri Yaponiya nəhəngi "Sony" olub. Şirkətin yeni "Xperia 10 VII" modelinin qutusunda yalnız smartfonun özü və sənədlər yer alır.
Ekspertlərin fikrincə, "Sony"nin bu qərarı açıq şəkildə istehsal xərclərinə qənaət məqsədi daşıyır.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL