Telefon
WhatsApp
SON DƏQİQƏ! 15 ölkə Azərbaycanla bağlı bəyanat verdi
300 X 250 Reklam Alanı

Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi Vaşinqtonda 8 avqustda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya münasibət bildirib.

Qurumun açıqlamasında sazişin tərəflər arasında sülh prosesində əhəmiyyətli dönüş nöqtəsi olduğu vurğulanıb. Aİ razılaşdırılmış müddəaların vaxtında icrasının, sülh sazişinin imzalanması və təsdiqlənməsinin vacibliyinə diqqət çəkib.

 

Məlumatda həmçinin qeyd olunub ki, bu razılaşma mart ayında keçirilən danışıqların davamı kimi qiymətləndirilir və iki ölkənin münasibətlərinin normallaşması istiqamətində mühüm addım hesab olunur. Sazişin əsasında 1991-ci il Almatı Bəyannaməsində təsbit olunmuş suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipləri dayanır.

 

Bununla yanaşı, Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə dəstəyini davam etdirəcəyini açıqlayıb. Sənədə Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San Marino, Serbiya, Ukrayna və Böyük Britaniya da qoşulub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150