"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib
"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib
Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib.
Məlumata əsasən, üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.
Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL