Səmadan düşən SİRLİ TÜKLÜ OBYEKT hər kəsi heyrətə gətirdi
Səmadan düşən SİRLİ TÜKLÜ OBYEKT hər kəsi heyrətə gətirdi
Argentinanın Puerto Tirol şəhərində qeyri-adi hadisə baş verib - səmadan birbaşa fermaya naməlum kosmik obyekt düşüb.
Fermaya təxminən 1,7 metr uzunluğunda və 1,2 metr diametrində iri silindr düşüb. Hadisəni daha da sirli edən məqam isə obyektin üzərini örtən, saça bənzəyən qəribə qara liflər olub.
Qeyri-adi "meteorit" artıq polis, xilasetmə xidməti və partlayıcı maddələr üzrə mütəxəssislər tərəfindən yoxlanılıb. Onlar obyektin təhlükəli material ehtiva etmədiyini açıqlasalar da, ərazidə 30 metrlik təhlükəsizlik perimetri yaradılıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir və obyektin nə olduğu hələ dəqiq müəyyən edilməyib.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"