Səməd Vurğun küçəsində yerləşən ərazidə yeni mini stadionun salınmasına başlanılıb
Səməd Vurğun küçəsində yerləşən ərazidə yeni mini stadionun salınmasına başlanılıb
Sumqayıt şəhərində uşaqların və gənclərin sağlam böyüməsi, idmana marağının artırılması istiqamətində növbəti uğurlu addım atılıb. Şəhərin Səməd Vurğun küçəsində yerləşən ərazidə yeni mini stadionun salınmasına başlanılıb.
Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə abadlıq və yenidənqurma işləri görülür.
Əsas məqsəd uşaqların və yeniyetmələrin boş vaxtlarını səmərəli keçirməsi, sağlam həyat tərzinə yönləndirilməsi və futbol kimi kütləvi idman növlərinə marağın artırılmasıdır.
Yeni stadionun salınması ilə yanaşı, ərazidə yaşıllaşdırma və təmizlik işləri də aparılır. Meydança müasir standartlara uyğun olaraq qurulur, təhlükəsizlik və rahatlıq nəzərə alınır. Bu təşəbbüs Sumqayıtın müxtəlif yaş qruplarından olan sakinləri – xüsusən də gəncləri və uşaqları böyük sevincə qərq edib.
Layihənin yaxın günlərdə başa çatdırılması planlaşdırılır. Sumqayıt Bələdiyyəsi isə bu kimi sosial yönümlü təşəbbüsləri gələcəkdə də davam etdirməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, bu addım şəhərdə idmanın inkişafı və gənclərin asudə vaxtının təşkilində mühüm rol oynayacaq.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL