Telefon
WhatsApp
Tramp ağac və ağac məhsullarının ABŞ-a idxalına əlavə rüsumlar tətbiq edib
300 X 250 Reklam Alanı

ABŞ prezidenti Donald Tramp bazar ertəsi ABŞ-a idxal edilən ağac və bəzi ağac məhsullarına gömrük rüsumlarının tətbiq edilməsi barədə göstəriş verib.

Bu haqda Ağ Evin dərc etdiyi sənədlərdə bildirilir.

Ağ Ev tərəfindən dərc olunan sənədlərdə göstərilir ki, malın dəyərinə mütənasib olan 10 faizlik rüsumlar, o cümlədən iynəyarpaqlı ağac növləri daxil olmaqla, ağac tədarüklərinə şamil ediləcək.

Müəyyən növ mebellərə, o cümlədən mətbəx mebellərinə isə 25 faizlik rüsumlar tətbiq olunacaq.

Yeni tədbirlər 14 oktyabr tarixindən qüvvəyə minir. Rüsumlar 2026-cı il yanvarın 1-dən sonra artırıla bilər.

Avqustun 22-də Tramp açıqlayıb ki, Vaşinqton administrasiyası digər ölkələrdən ABŞ-a mebel idxalı ilə bağlı araşdırma aparır.

Dövlət başçısı əmin olduğunu bildirib ki, bu addım mebel biznesini Şimali Karolina, Cənubi Karolina, Miçiqan və digər ştatlara qaytaracaq.

ABŞ-a ən böyük mebel ixracatçıları Vyetnam, Kanada, Çin və Meksikadır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150