Tramp Kolumbiya Prezidentini daha diqqətli olmağa çağırıb
Tramp Kolumbiya Prezidentini daha diqqətli olmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu bəyanatlarında ehtiyatlı olmağa çağırıb, əks halda Amerika administrasiyası ona və ölkəsinə qarşı "ciddi tədbirlər" görəcək.
Bu barədə xarici KİV-ə istinadən məlumat verir.
"O, bandtidir və pis insandır, ölkəsinə çox ziyan vurub. Onlar çox pis işləyirlər və kokain istehsal edirlər. Onların kokain istehsal edən fabrikləri var", - deyə ABŞ prezidenti bildirib.
"Onlar hər cür zir-zibili, narkotikləri, ABŞ-yə daxil olan pis narkotikləri yetişdirirlər. Adətən, onlar Meksika vasitəsilə keçirirlər. O, daha ehtiyatlı olmalıdır, yoxsa biz ona və onun ölkəsinə qarşı çox ciddi tədbirlər görəcəyik", - Tramp deyib. Bu sözlərlə o, Petronun "Univision" telekanalına verdiyi müsahibədə dünyaya ya Trampı dəyişdirmək, ya da "ondan qurtulmaq" lazım olduğunu söylədiyini şərh edib.
"Onun ölkəsini gətirdiyi yer ölümcül tələdir", - deyə Amerika lideri vurğulayıb.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"