Tramp və Putin yaxın zamanda Budapeştdə görüşəcək
Tramp və Putin yaxın zamanda Budapeştdə görüşəcək
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp tezliklə Budapeştdə növbəti təkbətək görüş keçirəcək.
Tramp bu barədə Putinlə telefon danışığından sonra "Truth Social" şəbəkəsində yazıb.
"Söhbətimizin sonunda biz razılaşdıq ki, gələn həftə müşavirlərin yüksək səviyyəli görüşü keçirilsin. Prezident Putinlə mən əvvəlcədən razılaşdırılmış yerdə - Budapeşt, Macarıstanda görüşəcəyik", - Amerika lideri bildirib.
***
Tramp Putinlə iki həftə ərzində görüşə biləcəyini deyib.
Ağ Ev rəhbəri əlavə edib ki, öncə ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri bir araya gələcək.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"