Telefon
WhatsApp
Trampın ikinci prezidentliyi dövründə ABŞ-dən 527 min qanunsuz miqrant deportasiya edilib
300 X 250 Reklam Alanı

Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri ABŞ-dən 500 mindən çox qanunsuz miqrant deportasiya olunub, daha 1,6 milyon nəfər isə ölkəni könüllü şəkildə tərk edib.

Bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi bildirib.

"İki milyondan çox qanunsuz miqrant ABŞ-ni tərk edib, o cümlədən 1,6 milyonu öz təşəbbüsü ilə, 527 mindən çoxu isə deportasiya edilib", - nazirliyin saytında bildirilir.

Qeyd olunur ki, nazirlik tezliklə yeni deportasiya rekordları qıra və Trampın vəzifədə olduğu ilk ilinin sonuna qədər təxminən 600 min nəfəri ölkədən çıxara bilər.

Nazirlik bildirib ki, ABŞ könüllü deportasiya olunmaq istəyənlərə 1 000 dollar ödəniş və pulsuz uçuş təklif edir.

Tramp andiçmə günündə ABŞ-nin 47-ci prezidenti kimi ilk çıxışında ölkəyə qanunsuz miqrasiyanın dərhal dayandırılacağını və milyonlarla miqrantın ekstradisiya prosesinə başlayacağını söz verib. O, həmçinin ABŞ-nin cənub sərhədindəki vəziyyətlə əlaqədar milli fövqəladə vəziyyət elan edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150