Telefon
WhatsApp
Trampın Ukrayna üzrə nümayəndəsi:
300 X 250 Reklam Alanı

"Putin imperiyanı bərpa etmək istəyir. O, Ukraynanı ələ keçirsə, NATO ölkəsinə hücum edəcək".

 

Bunu ABŞ Prezidenti Donadl Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq "The Telegraph"a verdiyi müsahibədə bildirib.

 

Onun sözlərinə görə, Rusiya prezidentinin cəzasını Haaqa müəyyən etməlidir, amma bir çox ölkələr buna məhəl qoymurlar.

 

"Putin müharibədə qalib gələcəyini düşünür, amma o qalib gəlməyəcək. Tramp sadəcə olaraq, ona danışıqlar masasına oturmaq üçün vaxt verir, amma biz kartları özümüzdə saxlayırıq", - deyə Kelloq qeyd edib.

 

Ukraynanın sülh naminə ərazisinin bir hissəsindən imtina etməli olub-olmayacağı ilə bağlı sualı cavablandıran general vurğulayıb ki, bu cür qərarlar yalnız Ukrayna tərəfindən verilə bilər.

 

"Tramp Ukrayna torpaqları ilə ticarət etmir. Bu, Zelenskinin mandatıdır. Başqa heç kimin mandatı deyil. Amma gəlin real olaq: ​​Donetsk vilayəti 65% işğal olunub. Luqansk vilayəti 98 faiz. Biz reallığı qəbul etməliyik. De-fakto de-yure demək deyil. Gəlin tarixə qayıdaq. Baltikyanı dövlətləri faktiki olaraq SSRİ-nin tərkibinə daxil olsalar da, ABŞ bunu heç vaxt qəbul etməyib. Bu yanaşma Uells doktrinasına uyğun olaraq dəstəklənib. Eyni yanaşma burada da keçərlidir", - xüsusi nümayəndə vurğulayıb.

 

Onun sözlərinə görə, Rusiyanın Çin, İran və Şimali Koreya ilə yeni ittifaqları təkcə ABŞ üçün deyil, dünya ictimaiyyəti üçün təhlükə yaradır.

 

"Əvvəllər onları ayrı saxlayırdıq, amma indi hamısı başlarını qaldırıb. Buna cavab vermək üçün hələ yaxşı planımız yoxdur", - Kelloq etiraf edib.

 

O, ABŞ-Rusiya münasibətlərinin gələcəkdə yaxşılaşmasını istisna etməyib.

 

"Bu, Putindən sonra baş verməlidir. Rusiya xoşməramlı millətlər liqasına daxil olana qədər o təcrid vəziyyətində qalacaq", - Kelloq bəyan edib

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150