Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
Türkiyə hökuməti bu gündən Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları 15 % artıraraq 5,83 dollara çatdırıb.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
2022-ci ilə qədər təxminən 40 il ərzində dəyişməz olaraq qalan tranzit qiyməti həmin vaxtdan bəri hər il artır, 2024-cü ildə isə təxminən 15 % artırılaraq 5,08 dollara çatdırılıb.
Nazir Abdulkadir Uraloğlunun sözlərinə görə, 2022-ci illə müqayisədə Türkiyə limanlarına daxil olmayan gəmilər üçün tranzit qiyməti artıq yeddi dəfədən çox artırılıb. O qeyd edib ki, yığılan vəsaitin əhəmiyyətli hissəsi dünyanın ən dar boğazlarından olan Türkiyə boğazlarında təhlükəsizliyin təmin edilməsinə, trafik izləmə sisteminin genişləndirilməsinə və infrastrukturun yenilənməsinə sərf olunur.
2024-cü ildə hökumət Türkiyə boğazlarından 51 mindən çox gəminin keçməsi hesabına 227 milyard dollardan çox vəsait əldə edib.
Oxşar -Yeniinfo.az
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb, pilotlar katapult ediblər
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb
Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb
Türkiyədə güclü yanğın olub, 100 nəfər təxliyə edilib
İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib
İran Səhiyyə Nazirliyi: İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb