Telefon
WhatsApp
Türkiyə iyul ayında rekord həcmdə - 25 milyard dollarlıq ixrac həyata keçirib
300 X 250 Reklam Alanı

Türkiyə iyul ayında rekord həcmdə - 25 milyard dollarlıq ixrac həyata keçirib.

 

Bunu Türkiyənin ticarət naziri Ömer Bolat “Türkiyə İxrac Səfərbərliyi Proqramı”nda çıxışı zamanı deyib.

 

Bolat qeyd edib ki, bu göstərici iyul ayları üzrə tarixdə ən yüksək ixrac rəqəmi olub:

 

“Son 12 ayda ən yüksək aylıq artım faizi müşahidə olunub. İlk dəfə iyul ayında əlavə olaraq 2,5 milyard dollarlıq ixrac əldə etmişik. Keçən il bu rəqəm 22,5 milyard dollar idi. Beləliklə, illik ixracatımız 266,9 milyard dollardan 269,4 milyard dollara yüksəlib. Bu tempin davam etməsi ən böyük arzumuzdur”.

 

O həmçinin illik əsasda bu artımın 3,1 faizlik mal ixracı artımını təmsil etdiyini bildirib və əlavə edib:

 

“Yeddi aylıq göstəricilərə əsasən, ixracda 5,2 faizlik artım var. Bu isə dünya ortalamasından xeyli yüksəkdir”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150