Telefon
WhatsApp
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib
300 X 250 Reklam Alanı

Rusiya və Türkiyə neft sektorunda birgə layihələrin təşviq edilməsi ilə bağlı razılığa gəlib.

Bu barədə cümə günü Moskvada keçirilən Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının iclasının protokolunda deyilir.

"Tərəflər neft sahəsində fəaliyyət göstərən şirkətlərin layihələrini və əməkdaşlıq imkanlarını, o cümlədən üçüncü ölkələrdə birgə layihələri dəstəkləməyə hazır olduqlarını bəyan ediblər. Hər iki ölkədə ticarət və investisiyaların genişləndirilməsi üçün şəraitin yaxşılaşdırılmasının vacibliyi qeyd edilib", - sənəddə bildirilir.

Protokolda həmçinin Rusiyanın Türkiyəyə neft tədarükünün sabit qaldığı vurğulanır.

Sənəddə qeyd olunur ki, Rusiya və Türkiyə qarşılıqlı faydalı şərtlərlə qaz tədarükü və ixracı haqqında müqavilələrin uzadılmasında maraqlıdır. "Tərəflər "Botaş" və "Qazprom eksport" şirkətləri arasında təbii qazın tədarükü və ixracı haqqında müqavilələrin hər iki şirkət üçün qarşılıqlı faydalı şərtlərlə uzadılmasında maraqlı olduqlarını vurğulayıblar", - sənəddə deyilir.

Bundan başqa, yekun protokola əsasən, Türkiyə və Rusiyanın ticarət, investisiya və regional əməkdaşlıq üzrə işçi qrupunun 6-cı iclası 2026-cı ildə Rusiyada keçiriləcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150