Telefon
WhatsApp
WSJ: ABŞ ilə Çin arasındakı
300 X 250 Reklam Alanı

"TikTok"un ABŞ-də fəaliyyəti ilə bağlı razılaşmada investorlar konsorsiumunun xidmətin payını alması nəzərdə tutulur.

 

"The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasından adının açıqlanmasını istəməyən vəzifəli şəxs bildirib.

 

Onun sözlərinə görə, razılaşmanın şərtləri aprel ayında aparılan danışıqlarda müzakirə olunan variantlara bənzəyir. Bununla belə, nəşr qeyd edir ki, "Blackstone" şirkəti mümkün razılaşmanın iştirakçısı olmayacaq.

 

ABŞ maliyyə naziri Skott Bessentin daha əvvəl verdiyi açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin 19 sentyabrda planlaşdırılan telefon danışığında "TikTok"un ABŞ-də gələcək fəaliyyəti ilə bağlı razılaşmanın yekun şərtlərini təsdiqləyəcəklər.

 

ABŞ-nin əvvəlki prezidenti Co Bayden "TikTok"un ölkə ərazisində satılmasını və ya fəaliyyətinin dayandırılmasını tələb edən qanunu təsdiqləmişdi. Tramp isə 20 yanvar tarixində keçirilən inauqurasiyadan sonra bu platformanın bloklanmasını təxirə salan fərman imzalayıb və sonradan bu müddəti bir neçə dəfə uzadıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150