Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb
Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb
Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
"Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar", - müraciətdə qeyd olunub.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL