Xoruldama beyinə dağıdıcı təsir göstərir – Nevroloqdan XƏBƏRDARLIQ
Xoruldama beyinə dağıdıcı təsir göstərir – Nevroloqdan XƏBƏRDARLIQ
Güclü xoruldama beyinə dağıdıcı təsir göstərə və demensiyanın inkişaf riskini artıra bilər".
Bu barədə amerikalı nevroloq Baybin Çen "Daily Mail"ə açıqlamasında xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, tənəffüsdə fasilələrlə müşayiət olunan xoruldama xüsusilə təhlükəlidir. Belə anlarda beyinə oksigenin ötürülməsi bloklanır, bu isə damarların mikrotravmasına səbəb olur. Həkim qeyd edib ki, bu zədələnmələr simptomsuz insult riskini artırır, uzunmüddətli perspektivdə isə demensiyanın inkişafına gətirib çıxarır.
"MRT tədqiqatları təsdiqləyir ki, güclü xoruldayan insanlarda yaddaş və koqnitiv funksiyalara cavabdeh bölgələrdə boz maddənin həcmi azalır. Xüsusilə, əzbərləmə üçün əsas rol oynayan hipokampus zədələnir", - həkim əlavə edib.
"Boz maddə insanın mərkəzi sinir sisteminin əsas komponentidir. O, əzələ fəaliyyətini, sensor qavrayışı (görmə, eşitmə və s.), yaddaşı, emosiyaları və nitqi idarə etməyə kömək edən neyron hüceyrələrini ehtiva edir. Xoruldama nə qədər güclü olarsa, beynin koqnitiv funksiyalar üçün vacib olan sahələri bir o qədər zədələnir", - deyə Çen vurğulayıb.
Əlavə risk faktoru isə xroniki yuxu pozğunluqlarıdır. Tez-tez oyanmalar gecə ərzində beynin tam bərpasına mane olur ki, bu da mənfi təsiri gücləndirir və gələcəkdə sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb ola bilər.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL