XTQ Serbiyanın hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirib.
XTQ Serbiyanın hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən Serbiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən məşqlər Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən baş tutub.
Keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.
Təlim çərçivəsində praktiki atışlar icra olunub.
Oxşar -Yeniinfo.az
Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq
Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasında görüş olub
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib
Ələtdə yük hava limanının inşası 2027-ci ilin I rübündə başa çatacaq
Vilayət Eyvazov nazirliyin şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Bu ay Bakıda D-8-in Gənclər Forumu keçiriləcək