Telefon
WhatsApp
Xurmanın insan orqanizminə olan zərərləri
300 X 250 Reklam Alanı

Bir çox faydası olan xurmanın zərərləri də ortaya çıxıb.

C vitamini, antioksidant və liflərlə zəngin olan bu meyvə immuniteti gücləndirir, ürək-damar sağlamlığını qoruyur, qanazlığının qarşısını alır. Lakin düzgün yeyilmədikdə mədə daşları (bezoar), bağırsaq düyünlənməsi, hətta mədə və bağırsaq deşilməsi kimi ağır fəsadlara yol aça bilər.

Ən riskli hal tam yetişməmiş xurmanın istifadəsidir. Çünki onun tərkibində yüksək miqdarda tanen və həll olunmayan lif var. Bu maddələr mədə turşusu ilə reaksiyaya girərək yapışqan, bərk kütlə yaradır və zamanla daşlaşır. Bu da mədə tıxanmasına, xoraya, qanaxmaya, perforasiyaya səbəb ola bilər. Böyük kütlələr bağırsağa keçdikdə tıxanma və deşilmə riski də yaranır.

Mütəxəssislər aç qarına yeməmək, gündə 1-2 ədəd yetişmiş xurma ilə kifayətlənmək və yeməkdən 1-2 saat sonra qəbul etmək tövsiyə edir. Həmçinin xurmanın ölçülü istifadəsi və həddindən artıq yeyilməməsi tövsiyə olunur.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150