Telefon
WhatsApp
Yeni Klinikada Azyaşlı pasiyentə böyrək biopsiyası icra edilib.
300 X 250 Reklam Alanı
Yeni Klinikada Azyaşlı pasiyentə böyrək biopsiyası icra edilib.
 
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Yeni Klinikada 1 yaş 10 aylıq uşağa uğurla böyrək biopsiyası icra edilib.
Periferik ödem, göz qapaqlarında şişkinlik, tənəffüs çatışmazlığı və sidik çıxışının azalması şikayətləri ilə Yeni Klinikanın Uşaq reanimasiya və intensiv terapiya (PİCU) şöbəsinə qəbul edilən azyaşlı pasiyentə dərhal reanimasiya komandası tərəfindən təcili tibbi müdaxilə göstərilib.
Müvafiq müayinələr nəticəsində pasiyentin qarın boşluğunda assit, eləcə də plevral və perikardial mayelər aşkarlanıb.
Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Nərmin Qiyasbəyli, həkim-reanimatoloqlar Göyçək Məmmədli və Nərmin Əkbərli tərəfindən körpənin həyati göstəriciləri stabilləşdirildikdən sonra müalicə prosesi Uşaq xəstəlikləri və sağlamlığı şöbəsində davam etdirilib.
Davam edən müayinə və müalicələrdən sonra “nefrotik sindrom”lu körpəyə böyrək biopsiyasının icrasına qərar verilib.
Biopsiya proseduru Uşaq xəstəlikləri və sağlamlığı şöbəsinin müdiri, həkim-pediatr Nigar Bayramova və həkim-nefroloq Nərmin Ömərli tərəfindən uğurla həyata keçirilib.
Hazırda körpənin vəziyyəti stabildir və həkim nəzarəti altında müalicəsi davam etdirilir.
Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150