Telefon
WhatsApp
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL
300 X 250 Reklam Alanı

Çində beynəlxalq tədqiqatçılar qrupu yuxunun tənzimlənməsində bağırsaq mikrobiotasının rolunu araşdırıblar.

Araşdırma "Brain Medicine" jurnalında dərc olunub.

Alimlər belə qənaətə gəliblər ki, bağırsaq bakteriyaları yuxu-oyanma dövrlərinə aktiv şəkildə təsir edir.

Onların fikrincə, mikrobiomun pozulması yuxusuzluq və digər xəstəliklərin inkişafına yol aça bilər.

Bağırsaq bakteriyaları immunitet sistemi və maddələr mübadiləsi vasitəsilə beyinlə qarşılıqlı əlaqə qurur.

Təhlil göstərib ki, xroniki yuxusuzluq mikrob müxtəlifliyinin və faydalı bakteriyaların sayının azalması ilə əlaqəlidir.

Elm adamları mikrobiomu yuxu pozğunluğunun müalicəsi üçün yeni bir hədəf kimi araşdırırlar.

Klinik sınaqlar göstərib ki, probiyotiklər və prebiyotiklər yuxu keyfiyyətini yaxşılaşdıra və stres səviyyələrini azalda bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150