Telefon
WhatsApp
Zaqatala rayonunun Bəhmətli kəndində yanğın baş verib
300 X 250 Reklam Alanı

Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumata görə evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Rayonun Bəhmətli kəndində Oruc Dursunəli oğlu Qaraxanova məxsus ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli üç otaqdan ibarət fərdi yaşayış evində yanğın olub.

 

Yanğın nəticəsində evin 140 m²-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ev sahibi Oruc Qaraxanov Zaqatala rayon İcra Hakimiyyəti başçının Zaqatala şəhər üzrə nümayəndəsidi

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150