Telefon
WhatsApp
Zülalın düzgün qəbul qaydaları: Həkimdən tövsiyələr
300 X 250 Reklam Alanı

"Qida rasionunda zülalın çatışmazlığı onun həddindən çox olması qədər təhlükəli ola bilər. Bu, təkcə əzələ və bağlara deyil, həm də ürək, qaraciyər, böyrək və hətta dərinin işinə təsir göstərir".

Bunu diyetoloq, endokrinoloq Darya Dibrova "İzvestiya" qəzetinə deyib.

"Zülal istehlakının norması insanın fiziki fəaliyyətindən, həmçinin onun sağlamlıq vəziyyətindən asılıdır. Orta norma aşağı fiziki fəaliyyəti, oturaq həyat tərzi olan şəxslər üçün minimum 1-1.2 q/kq bədən çəkisi zülaldır. Müntəzəm məşq edən insanlar üçün bu göstərici 1.6-1.8 q/kq-a qədər artır, çox sayda məşq fəaliyyəti olan insanlar, peşəkar idmançılar üçün isə 1.8-2.2 q/kq-a qədər artım tövsiyə olunur", - deyə Dibrova izah edib.

O qeyd edib ki, xəstəliklərdən sonra bərpa dövründə, həmçinin hamiləlik zamanı rasionda zülal miqdarının 1.6-2 q/kq bədən çəkisinə qədər artırılması tövsiyə olunur.

Həkimin sözlərinə görə, zülalın xroniki həddindən artıq olduğu halda ilk reaksiya verən mədə-bağırsaq traktıdır: ağırlıq, şişkinlik, meteorizm yaranır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150