Telefon
WhatsApp
Əli Əsədov:
300 X 250 Reklam Alanı

"Azərbaycanla Gürcüstanının dostluğu regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir".

Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cəmi bir neçə il ərzində bu forum regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq edib.

Ə.Əsədov bildirib ki, qlobal miqyasda müşahidə olunan son proseslər, xüsusilə də iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar forumun aktuallığını və önəmini daha qabarıq şəkildə göstərir.

O qeyd edib ki, Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu - Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr veriblər.

Baş nazir vurğulayıb ki, bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər.

O əlavə edib ki, Azərbaycan və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir:

"Bu gün hər iki ölkə yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır. Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir. Strateji coğrafi yerləşməsi və nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150