Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb.
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VII Beynəlxalq Etnoidman və Mədəniyyət Festivalında Azərbaycan komandasının çıxışına baxıb.
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbir dünyanın hər yerindən ənənəvi idman növlərinin həvəskarlarını bir araya gətirib.
Ərdoğan folklor qruplarının çıxışlarını maraqla izləyib, onların arasında Qarabağ atları ilə akrobatik atçılıq şousu xüsusilə seçilib.
Şou zamanı atlılar Türkiyə və Azərbaycanın bayraqlarını qaldırıblar. Türkiyə lideri ayağa qalxaraq onları gurultulu alqışlarla dəstəkləyib.
Xatırladaq ki, festivalda Azərbaycanı Dövlət Sərhəd Xidmətinin tərkibi 100 nəfərdən çox olan nümayəndə heyəti, Türkiyədəki səfirlikdə Azərbaycan Mədəniyyət Mərkəzinin qurduğu çadır və 20 Qarabağ atı təmsil edir. Ölkənin tədbirdə iştirakını Azərbaycan Atçılıq Federasiyası təşkil edib.
Mayın 25-dək davam edəcək festivalda ümumilikdə Qarabağ atlarının 6 çıxışı nəzərdə tutulub.
Oxşar -Yeniinfo.az
Prezident İlham Əliyev Goranboyda tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
“Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışı olub
ANAMA işçi axtarır
Cəlilabadda şəhid bulağının açılışı olub
Ərdoğan Azərbaycanla bağlı paylaşım edib.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi olub.
Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər.