2025-ci ildə Suriyadan İraqa terrorçuların daxil olması halları qeydə alınmayıb
2025-ci ildə Suriyadan İraqa terrorçuların daxil olması halları qeydə alınmayıb
2025-ci ildə İraq-Suriya sərhədindən İraqa terrorçuların daxil olması halları qeydə alınmayıb.
Bu barədə İraq Birgə Əməliyyat Qüvvələrinin komandir müavini Qeys əl-Məhəmmədəvi məlumat verib.
"2025-ci il ərzində İraqa terrorçuların daxil olması ilə bağlı göstəricilər əladır. Zərurət yarandıqda sərhəd bölmələrini dəstəkləmək üçün İraq daxilində strateji cəhətdən seçilmiş yerlərdə qoşun və milis qüvvələri tərəfindən təchiz olunmuş müdafiə mövqelərinin yaradılması ilə əlaqədar olaraq, heç bir daxil olma cəhdi qeydə alınmayıb", - o deyib.
Onun sözlərinə görə, dörd il əvvəl İŞİD qruplaşması ilə mübarizə təcrübəsinə əsaslanaraq, birgə əməliyyat komandanlığı istehkamların, müşahidə qüllələrinin tikintisi, müşahidə avadanlıqlarının alınması, ərazilərin personalla gücləndirilməsi və 615 kilometrlik İraq-Suriya sərhədi boyunca kəşfiyyat işlərinin gücləndirilməsi üçün planlar hazırlayıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib