210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ
210 min dollarlıq "Bentley" avtomobilləri öz-özünə alışa bilər - XƏBƏRDARLIQ
"Bentley" ABŞ-də 130 ədəd "Bentayga" hibrid krossoverinin geri çağırıldığını elan edib.
Avtomobillərdə yüksəkgərginlikli batareyanın həddən artıq isinməsi riski aşkar edilib ki, bu da nəzəri olaraq qısaqapanmaya və nəqliyyat vasitəsinin alışmasına səbəb ola bilər.
Qeyd edək ki, krossoverin benzin-elektrik versiyası "Samsung"dan 18 kilovatlıq batareya ilə təchiz olunub. Şirkət iddia edir ki, həddən artıq isinmə dizayn qüsurlarından deyil, fərdi gücötürücü komponentlərinin çirklənməsindən və ya zədələnməsindən qaynaqlanır.
Xatırladaq ki, ABŞ-də "Bentley Bentayga" hibridinin qiyməti ən azı 210 000 dollardır.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib