5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi
5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi
Sülh Şurasının ilk iclasında Qəzzaya hərbi qüvvə göndərəcək beş ölkənin adı açıqlanıb: Qazaxıstan, İndoneziya, Mərəkeş, Kosova və Albaniya; iki ölkə - Misir və İordaniya isə polisə təlim keçməyə razılaşıb.
Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Qəzzaya hərbi qüvvə göndərəcək ölkələr arasında Azərbaycanın adı intensiv şəkildə hallansa da, Prezident İlham Əliyev “biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik” bəyanatı ilə məsələyə nöqtə qoymuşdu:
"Bölgəyə qoşun yeridəcək, yaxud təhlükəsizliyin qorunmasında bu və ya digər formada iştirak edəcək ölkələr arasında Azərbaycanın adının olmaması da rəsmi Bakının mövqeyinin dəyişmədiyini göstərir.
Qəzzadakı vəziyyət – HƏMAS və İsrail arasında qarşıdurmanın davam etməsi rəsmi Bakının imtina qərarının doğru olduğunu deməyə əsas verir. Tərəflər arasında real atəşkəs əldə olunarsa, regionda toqquşma riski tam aradan qaldırılarsa, Azərbaycan bölgəyə hərbi qüvvə göndərmək haqda düşünə bilər. Bu da “sülhə məcburetmə” əməliyyatında yox, yalnız müəyyən infrastruktur obyektlərinin mühafizəsinin təşkil edilməsi çərçivəsində mümkündür".







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı