AB müdafiənin gücləndirilməsi ilə bağlı mühüm qərarı təsdiqlədi
AB müdafiənin gücləndirilməsi ilə bağlı mühüm qərarı təsdiqlədi
Avropa Birliyi Şurası qitənin müdafiə sənayesinin rəqabət qabiliyyətinin artırılması, müdafiə satınalmalarının və icazə proseslərinin sadələşdirilməsi, həmçinin müdafiə yatırımlarının təşviqi məqsədilə hazırlanan “Omnibus V” qanunvericilik paketinə dair mövqeyini təsdiqləyib.
Danimarkanın quruma sədrliyi çərçivəsində aparılan müzakirələr nəticəsində Şura təhlükəsizlik və müdafiə sahəsində bürokratik maneələrin azaldılmasına, müdafiə layihələri üzrə icazələrin verilməsi prosesinin sürətləndirilməsinə və AB daxilində müdafiə məhsullarının köçürülməsinin asanlaşdırılmasına yönəlmiş üç əsas sənəd üzrə ümumi razılıq əldə edib. Paket məqsəd kimi Avropa Müdafiə Texnoloji və Sənaye Bazasının gücləndirilməsini və 2030-cu ilə qədər AB-nin müdafiə hazırlığının artırılmasını hədəfləyir.
Qəbul olunmuş dəyişikliklər Avropa Müdafiə Fondunun idarəçiliyini sadələşdirir, layihələrdə kiçik və orta müəssisələrin iştirakını stimullaşdırır, müdafiə layihələri üzrə icazə müddətini 60 gün olaraq təsbit edir və müvafiq qərarların vaxtında verilmədiyi halda susqun təsdiq mexanizmini qüvvədə saxlayır. Eyni zamanda, müdafiə satınalmalarında daha sadə və sürətli prosedurlardan istifadə imkanları genişləndirilir.
Şuranın mövqeyinin təsdiqindən sonra AB Şurası və Avropa Parlamenti arasında danışıqlar mərhələsi başlayacaq.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib